Armudlu şokoladlı piroq
Ərzaqlar
- 2 çay qaşığı qabartma tozu
- 4 ədəd armud
- 200 qram un
- 150 qram şəkər
- 150 milli litr süd
- 80 qram kərə yağı
- 100 qram tünd şokolad
- 2 ədəd yumurta
Hazırlanması
- Kərə yağını mikserlə çalın.
- Yumurtaları ağın sarıdan ayırın. Ağın mikserlə çalın. Sarısın şəkər ilə mikserlə başqa qabda çalın.
- Sonra yumurta sarısın, südü, unu və qabartmanı yağa əlavə edib hissə-hissə yumurta ağın da əlavə edib xəmir hazırlayın.
- Xəmiri iki hissəyə bölün. Bir hissəsinə şokoladı sürtgəcdən keçirib əlavə edin
- Soba qabını yağlayın. Əvvəlcə şokoladlı xəmiri, üzərinə nazik dilimlənmiş armud dənələrin düzün.
- Qalan xəmiri əlavə edin və qalan armud dilimlərin üzərinə düzün.
- Əvvəlcədən qızdırılmış 180 dərəcə sobada 40 dəqiqə bişirin.
- 1-2 saat soyumağa qoyun və üzərinə şəkər pudrası səpin.
Nuş Olsun!
ən son şərh