Aralıq dənizi souslu Makaron

Aralıq dənizi souslu Makaron

Aralıq Dənizi Souslu Makaron

Ərzaqlar:

  • 1 Paket Spagetti
  • 4 Pomidor
  • 5 Acı bibər
  • 200 qr Zeytun
  • 2-3 Diş Sarımsaq
  • 1 Qaşıq tomat pastası
  • 3-4 Dəstə Cəfəri
  • 1 Kasa Rəndələnilmiş Yağsız Pendir
  • 2 xörək qaşığı zeytunyağı
  • Duz, Kəklik
  • Bir Çimdik Nanə

Hazırlanması:

  1. Spagettinini paketinin üzərindəki qaydalara görə qaynadın.
  2. Pomidorları rəndələyin, bibərləri tumlarınıdan təmizləyib incə doğrayın. Zeytunu çərdəklərini çıxarın, sarımsaqları əzin.
  3. Yağsız tavada bibərləri qovurub pomidorları əlavə edərək bişirin. Suyunu çəkincə sarımsaq, tomat, duz və ədviyyatları əlavə edib qarışdırın.
  4. Zeytunu əlavə edib ocaqdan götürün. Cəfərini yuyub incə incə doğrayın və ayrı bir qabda yağsız pendir ilə qarışdırın. Spagettini süzüb süfrəyə vermək üçün qaba qoyun.
  5. Üzərinə əvvəl pomidor sousunu ardından isə pendirli qarışığı tökün və zeytunyağını əlavə edin. Süfrəyə isti verin.

Aralıq dənizi souslu Makaron Turkiyədə çox sevilən yeməklərindən birindir. Bu yeməyi hazırlamaq çox asandır, əziyyətsizdir və vaxt aparmayan yemək növünə aiddir. Hazırlayıb və dadmanızı  tövsiyə edirəm.

İndidən nuş olsun.

 

One Comment

  1. Pingback: Aralıq Dənizi Souslu Makaron | Yem&#6...

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10