
Ananaslı panço tortu
Ərzaqlar
- 1,5 su stəkanı şəkər
- 6 yumurta
- 1,5 su stəkanı un
- 1,5 çay q. qabartma tozu
- 4 xörək q. kakao
- Krem üçün:
- 800 qram 35%-li xama
- 1 banka konservləşdirilmiş ananas
- 1,5 su stəkanı şəkər tozu
- 1 stəkan qoz
- Üzərinə:
- 100 qram şokolad
Hazırlanması
- Biskviti hazırlamaq üçün əvvəlcə yumurtanı və şəkəri mikserlə çalın.
- Qabartma tozunu una qatıb üzərinə əlavə edin.
- Xəmiri iki hissəyə bölün.
- Bir hissəsinə kakao qatın.
- Soba qabına yağlı kağız qoyun.
- Keks xəmirini əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30- 35 dəqiqə bişirin.
- Kremi hazırlamaq üçün xamanı şəkər tozu ilə çalın və 1/4 hissəsini kənara qoyun.
- Ayırdığınız kremin çox hissəsinə ananas dilimlərini qatın.
- Qozu orta ölçüdə doğrayın və ananasli kremin üzərinə əlavə edin.
- Ağ biskviti bir qaba qoyub üzərinə ananas şirəsini hopdurun.
- Kakolu biskviti balaca kvadrat formasında kəsin.
- Üzərinə ananas şirəsi əlavə edin və ananasli xamalı kremlə yaxşı qarışdırın.
- Alınmış bu kütləni dağ formasında ağ biskvitin üstünə qoyun.
- Tortun üstünə ayırdığınız xamalı kremi əlavə edin.
- Ərinmiş şokoladı tortun üzərinə elə tökün ki, hər tərəfinə yayılsın və sonra soyuducuda 6 saat saxlayın.
- Soyuduqdan sonra ananaslı panço tortu servisə hazırdır.
Nuş olsun!
Ananaslı panço tortu ananas sevənlər üçün fürsətdir.
ən son şərh