Amerikan Üsulu Güvənç Plovu

Amerikan Üsulu Güvənç Plovu

Amerikan Üsulu Güvənç Plovu

Ərzaqlar

  • 1 su stəkanı amerikan düyüsü
  • 3 xörək qaşığı soya yağı
  • 350 qr servelat
  • 200 qr kolbasa (doktorskaya)
  • 1 soğan
  • 1 diş sarımsaq
  • 1 qırmızı bibər (bolgar bibəri)
  • 200 qr pomidor
  • 2 su stəkanı toyuq suyu
  • 12 qara zeytun
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara bibər

Hazırlanması

  1. Servelatı incə incə dilimləyin.
  2. Kolbasanı kiçik doğrayın.
  3. Soğan, sarımsaq və qırmızı bibəri doğrayın.
  4. Soya yağını tavada qızardıb servelat və kolbasanı  onun içində qovurun.
  5. Soğan və sarımsağı əlavə qızarana qədər 2-3 dəqiqə bişirin.
  6. Qırmızı bibəri əlavə edib qovurun.
  7. Düyünü yuyub süzün.
  8. Kolbasalı qarışığa əlavə edib hərdənbir qarışdıraraq 3-4 dəqiqə bişirin.
  9. Pomidorların qabıqlarını soyub doğrayın.
  10. Pomidor və toyuq suyunu da qarışığa əlavə edib qarışdırın.
  11. Qaynayınca atəşi qısıb qapağı bağlı olaraq 15 – 20 dəqiqə bişirin.
  12. Zeytunu tumlarını çıxarın.
  13. Duz, qara bibər və zeytunu yeməyə əlavə edib yaxşıca qarışdırın və süfrəyə təqdim etmək üçün hazırdır.

Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10