Almalı turta

Almalı turta

Ərzaqlar

  • 2 yumurta 
  • 1 yemək qaşığı qatıq 
  • 1 su stəkanı duru yağ 
  • 1 paket qabartma tozu 
  • 5 yemək qaşığı şəkər 
  • Aldığı qədər un 
  • Iç ərzaqları; 
  • 5 alma 
  • 1 su stəkanı şəkər 
  • 1 çay qaşığı darçın 
  • Yarım su stəkanı döyülmüş qoz

Hazırlanması

  1. Almaların qabığını soyaq. Rəndələyək.
  2. Bir stəkan şəkər tökək.
  3. Tavada bişirək.
  4. Sulanıb suyu yox olana qədər ən son darçın, qoz atıb qarışdıraq.
  5. Soyumasını gözləyək.
  6. Xəmirinə bütün ərzaqları qarışdıraq.
  7. Xəmirin yarısından çoxunu az yağlanmış dairəvi soba qabına tökək.
  8. Üzərinə iç üçün hazırladığımız qarışımı tökək.
  9. 180 dərəcə isdilmiş sobada bişirək.
  10. Digər xəmiri də soyuducuya qoyaq.
  11. Qızaranda kənarlarından bilinir.
  12. Soyuducudakı xəmiri uzun uzun doğrayıb şəkildəki kimi üzərinə düzək.yenə sobaya qoyaq.
  13. Üzəri qızarana qədər bişirək.

Nuş olsun!

Almalı turta tez hazırlanan və sevilən şirniyyatdır.

 

One Comment

  1. Gorunuwu gozeldi

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10