Almalı Qurabiyə

Almalı Qurabiyə

Almalı Qurabiyə

Ərzaqlar

İçlik üçün:

  • 3 ədəd alma
  • ½ fincan şəkər tozu
  • ½ çay qaşığı darçın
  • 1 ovuc (təxminən 3/4 fincan)
  • xırda doğranmış qoz (çox da xırda olmamalı,bir qədər iri doğranmalıdır)

Xəmir üçün:

  • 2+3/4 fincan un
  • 1/3 fincan şəkər pudrası
  • 1 çay qaşığı qabartma tozu
  • 250 qram duzsuz kərə yağı (otaq temperaturunda yumşalmış)
  • 2 xörək qaşığı qatıq
  • 1 xörək qaşığı limon qabığı rəndəsi
  • Şirniyyatın üzərinə səpmək üçün şəkər pudrası

Hazırlanması

İçliyin hazırlanması:

  1. Almaların qabığı soyulur.
  2. Soyulub təmizlənmiş almalar sürtgəcin iri gözündən keçirilir.
  3. .Tavaya yaxud geniş qazana tökülür. Üzərinə şəkər tozu əlavə olunur,qarışdırılır.
  4. Aşağı –orta dərəcəli odda hərdənbir qarışdırılaraq,təxminən 10 dəqiqə,alınmış şirə qurtaranadək bişirilir.
  5. Sonra tava odun üzərindən götürülür və otaq tempraturunda soyudulur.
  6. Soyuduqdan sonra üzərinə qoz,darçın əlavə edilir və qarışdırılır. Hazır içlik bir kənara qoyulur.

Xəmirin hazırlanması:

  1. Böyük bir qaba un,şəkər pudrası və qabartma tozu tökülür və qarışdırılır.
  2. Daha sonra qalan ərzaqlar qatılır,qarışdırılır və xəmir yoğrulur.
  3. Xəmir yumşaq olmalıdır,bərk yox. Üzəri yağlanmamış 2 list hazırlanır.
  4. Soba 190C –də qızdırılır. Xəmir 4 hissəyə bölünür və kündələnir. Kündələrin hər biri 22 sm diametrində oxlovla yayılıb açılır.
  5. Yayılmış dairəvi xəmir iti bıçaqla 8 hissəyə kəsilərək bölünür /şəkildəki kimi- klin formasında/.
  6. Çay qaşığıyla içlikdən götürülüb kəsilmiş xəmirlərin geniş olan hissəsinə qoyulur və nazik hissəsinədək burulur.
  7. Hazır qurabiyələr bişirləcək listin üzərinə yerləşdilir. Kənarları tündləşənəcən,12-15 dəqiqə bişirilir (qurabiyənin üzəri isə ağ qalmalıdır).
  8. Sonra list sobadan çıxarılır və qurabiyələr tamamilə soyudulur. Soyuduqdan sonra qurabiyələr dayaz boşqaba yığılır,üzərinə çoxlu şəkər pudrası səpilir.

Nuş olsun!

Hakkında: Almalı qurabiyə yüngül şirniyyat növünə aid edilir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10