
Almalı Qurabiyə
Almalı Qurabiyə
Ərzaqlar
İçlik üçün:
- 3 ədəd alma
- ½ fincan şəkər tozu
- ½ çay qaşığı darçın
- 1 ovuc (təxminən 3/4 fincan)
- xırda doğranmış qoz (çox da xırda olmamalı,bir qədər iri doğranmalıdır)
Xəmir üçün:
- 2+3/4 fincan un
- 1/3 fincan şəkər pudrası
- 1 çay qaşığı qabartma tozu
- 250 qram duzsuz kərə yağı (otaq temperaturunda yumşalmış)
- 2 xörək qaşığı qatıq
- 1 xörək qaşığı limon qabığı rəndəsi
- Şirniyyatın üzərinə səpmək üçün şəkər pudrası
Hazırlanması
İçliyin hazırlanması:
- Almaların qabığı soyulur.
- Soyulub təmizlənmiş almalar sürtgəcin iri gözündən keçirilir.
- .Tavaya yaxud geniş qazana tökülür. Üzərinə şəkər tozu əlavə olunur,qarışdırılır.
- Aşağı –orta dərəcəli odda hərdənbir qarışdırılaraq,təxminən 10 dəqiqə,alınmış şirə qurtaranadək bişirilir.
- Sonra tava odun üzərindən götürülür və otaq tempraturunda soyudulur.
- Soyuduqdan sonra üzərinə qoz,darçın əlavə edilir və qarışdırılır. Hazır içlik bir kənara qoyulur.
Xəmirin hazırlanması:
- Böyük bir qaba un,şəkər pudrası və qabartma tozu tökülür və qarışdırılır.
- Daha sonra qalan ərzaqlar qatılır,qarışdırılır və xəmir yoğrulur.
- Xəmir yumşaq olmalıdır,bərk yox. Üzəri yağlanmamış 2 list hazırlanır.
- Soba 190C –də qızdırılır. Xəmir 4 hissəyə bölünür və kündələnir. Kündələrin hər biri 22 sm diametrində oxlovla yayılıb açılır.
- Yayılmış dairəvi xəmir iti bıçaqla 8 hissəyə kəsilərək bölünür /şəkildəki kimi- klin formasında/.
- Çay qaşığıyla içlikdən götürülüb kəsilmiş xəmirlərin geniş olan hissəsinə qoyulur və nazik hissəsinədək burulur.
- Hazır qurabiyələr bişirləcək listin üzərinə yerləşdilir. Kənarları tündləşənəcən,12-15 dəqiqə bişirilir (qurabiyənin üzəri isə ağ qalmalıdır).
- Sonra list sobadan çıxarılır və qurabiyələr tamamilə soyudulur. Soyuduqdan sonra qurabiyələr dayaz boşqaba yığılır,üzərinə çoxlu şəkər pudrası səpilir.
Nuş olsun!
Hakkında: Almalı qurabiyə yüngül şirniyyat növünə aid edilir.
ən son şərh