Almalı payız piroqu

Ərzaqlar

  • Tərkibi:
  • Kərə yağı 100 qram
  • Un 170 qram
  • Şəkər 6,5 xörək qaşığı
  • Alma 3 ədəd
  • Badam 2 xörək qaşığı
  • Ərinmiş yağ 50 qram

Hazırlanması

  1. 140 qram un ilə 90 qram bərk formada kərə yağını bıcaqla döyün
  2. Xəmirə 100 qram soyuq su əlavə edin və kündə formasına salın.
  3. Xəmirin üstün örtün və soyuducuya qoyun.
  4. Almaların qabığın soyun və dilim formasında doğrayın.
  5. Soba qabına xəmiri 4 mm qalınlığında elə yayın ki, kənarları qabın ətrafını örtsün.
  6. Qalan un ilə şəkərin yarısını və badamı qarışdırın və xəmirin üsdünə səpin.
  7. Üzərinə doğranmış almaları düzün.
  8. Qalan 10 qram yağı əridin və xəmirin kənarlarına kist ilə çəkin. Almaların üzərinə qalan şəkəri səpin.
  9. Əvvəlcədən 200 dərəcə isidilmiş sobada 15 dəqiqə bişirin.
  10. Sonra sobanın temperaturu azaldın və 30 dəqiqə də xəmir qızılı qəhvəyi rəng alana qədər bisirin.
  11. Soyuduqdan sonra üzərinə şəkər pudrası səpə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10