Almalı Macar piroqu

Ərzaqlar

  • 130 qram un
  • 150 qram şəkər
  • 160 qram mannı yarması
  • 1/2 paket qabartma tozu
  • ½ çay qaşığı darçın
  • 120 qram kərə yağı
  • 7 ədəd alma
  • ½ paket vanil

Hazırlanması

  1. Bir qab götürün və unu mannı yarmasını, şəkəri, qabartma tozu, vanil və darçını qarışdırın.
  2. Almaları qabıqdan təmizləyin və sürtgəcin iri gözündən keçirin.
  3. Soba qabına perqament kağız qoyun və xəmirin 1/3 hissəsini ora əlavə edin.
  4. Almaları dilim formasında doğrayın və yarısını xəmirin üzərinə düzün. Bu prosesi bir də təkrar edin. Sonda ən üst qatda xəmir olmalıdır.
  5. Xəmirin üzərinə yağı sürtgəcdən keçirdin və səpin.
  6. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10