Almalı, darçınlı və ballı piroq

Almalı, darçınlı və ballı piroq

Ərzaqlar

  • 1 fincan un

     

  • 1 ,5 çay qaşığı qabartma tozu

     

  • 1 çay qaşığı duz

     

  • 1,5 fincan toz şəkər

     

  • 2 ədəd yumurta,yaxşı çalınmış

     

  • 8 yemək qaşığı əridilmiş kərə yağı

     

  • 2 çay qaşığı vanil

     

  • 1 çay qaşığı darçın

     

  • Yarım limonun suyu

     

  • 3-4 ədəd alma

     

  • 1 yemək qaşığı bal

     

  • Yemək spreyi
  • Zövqə görə servis üçün krem şanti və ya dondurma

Hazırlanması

  1. Sobanı 185 dərəcə qızdırın, tavaya yemək spreyi çəkib perqament kağız sərin.
  2. Orta ölçülü bir kasada unu, qabartma tozunu, 1 fincan şəkəri və duzu qarışdırın. Üzərinə yumurtanı yağı və vanili əlavə edib qarışdırdıqdan sonra hazır xəmiri tavaya tökün.
  3. Orta ölçülü kasaya limon suyunu sıxın, almaları soyub tumunu təmizlədikdən sonra kasanın içinə incə-incə dilimləyin. Darçın və şəkər əlavə edin və hər bir dilimin yaxşıca qarışmasına diqqət edin.
  4. Qarışdıqdan sonra dilimləri üst-üstə xəmirin üzərinə düzüb sobaya qoyun. 30-35 dəqiqə bişməyini gözləyin.
  5. 10 -15 dəqiqə soyuduqdan sonra fırça ilə üstünə bal çəkə bilərsiniz. Arzu olunarsa servis edilən zaman üzərinə krem və ya dondurma əlavə edə bilərsiniz.

Nuş Olsun!

Almalı, darçınlı və ballı piroq çox dadlıdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10