Almalı- Darçınlı Qış Parfesi

Almalı- Darçınlı Qış Parfesi

Ərzaqlar

  • 2 ədəd böyük və ya 3 ədəd orta ölçüdə alma
  • 1.5 paket kakaolu peçenye
  •  2 su stəkanı süd
  • 2 paket krem şanti
  • 3 yemək qaşığı şəkər
  • 1 çay qaşığı darçın
  •  1 ovuc təmizlənmiş fındıq

Hazırlanması

  1. Almalar soyulub kvadrat şəkildə doğranılaraq qazana qoyulur.
  2. Üzərinə 3 yemək qaşığı şəkər tozu və 1 çay qaşığı darçını əlavə edib almalar yumuşalanadək aşağı temperaturda bişirilir.
  3. Bişdikdən sonra bir kənara soyumağa qoyun.
  4. Bir qabda 2 stəkan süd il 2 qutu krem şanti qatılaşana qədər qarışdırılır.
  5. İçinə 1,5 paket peçenye ovularaq xırdalanır. 1 ovuc  fındıq xırdalanaraq əlavə olunur.
  6. Tamamilə soyuyan almalar da əlavə edilib yaxşıca qarışdırılır.
  7. Bir qəlibin içinə streç sərilir, qarışım bu qəlibin içinə boşaldılır.
  8. Üzəri tamamilə düzləndirilir soyuducuya donmağa qoyulur. 1.5 saat sonra donanda çıxarılıb dilimlənərək servis edilir

Nuş olsun!

Haqqında: möhtəşəm qış parfesi, almalı-darçınlı asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10