Almalı asan pay

Almalı asan pay

Ərzaqlar

  • 5 ədəd qırmızı alma

     

  • 6 yemək qaşığı şəkər tozu

     

  • 1 yemək qaşığı darçın

     

  • Qoz və ya fındıq

     

  • 6 yarpaq paxlavalıq yuxa

     

  • İstəyə görə quru üzüm

     

  • 1 yemək qaşığı kərəyağı

Hazırlanması

  1. Almaları soyub kvadrat şəklində doğrayaq, qazana qoyub üzərinə şəkəri əlavə edib bişməyə qoyaq.
  2. Kərəyağımızı əridək soba qabına 1 qat yuxa yerləşdirib ərimiş kərəyağından az az səpək.
  3. Bu şəkildə üç qat tamamlayaq.
  4. Daha sonra bişən almaların üzərinə darçını  töküb qarışdırıb yuxaların üzərinə tökək, üzərinə qoz  və ya fındığı əlavə edək, eyni şəkildə 3 qat yenə yuxa qoyaq.
  5. Ən üstdəki yuxanın üzərini fırça ilə yağlayaq 180° isidilmiş sobada üzəri qızarana qədər bişirək “30 dəqiqə” .
  6. Çıxaranda pudra şəkəri töküb servis edək.

Nuş olsun!

Almalı asan pay çox ləzzətli şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10