Almalı Əriştə

Almalı Əriştə

Almalı Əriştə

Ərzaqlar

  • Yumurtalı əriştə -300q
  • Kök -3 əd
  • Alma -1 əd
  • Yumurta -3 əd
  • Limon şirəsi – 1ç.q
  • Kərə yağı- 3x.q
  • Şəkər tozu -2 x.q
  • Zəncəfil kökü- 1sm
  • Darçın bir çimdik
  • Duz

Hazırlanması

  1. Almanı , kökü təmizləyib yuyuruq və sürtkəcdən keçiririk. Üzərinə limon şirəsini gəzdiririk.
  2. Əriştəni duzlu qaynar suda 4dəqiqə bişiririk. Hazır olan əriştəni süzgəcdən süzürük və üzərinə soyuq su gəzdiririk suyunun süzülməyini gözləyirik.
  3. Zəncəfilin kökünü təmizləyib doğrayırıq. Yumurtaya şəkərtozu ,duz ,darçın ,zəncəfili qatıb çalırıq əridilmiş kərə yağını əlavə edib qarışdırırıq. Əriştəni, almanı ,kökü birbirilə qarışdırıb yağlanmış qaba töküb yumurtanı üzərinə tökürük və 180 dərəcədə 30-35 dəqiqə bişiririk..

Haqqında: Damağınızın dadını dəyişmək üçün gözəl seçımdir.Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10