Alma dadlı qönçələr

Alma dadlı qönçələr

Alma dadlı qönçələr

Ərzaqlar

  • 250 q yağlı mayasız xəmir
  • (əvvəlcədən donu açılmalıdır)
  • 2 qırmızı qabıqlı alma
  • 3 x.q. şəkər tozu
  • şəkər pudrası

Hazırlanması

  1. Almaları dörd bölün, cecəsini kəsib çıxarın. 2 mm qalınlıqda dilimlərə doğrayın.
  2. Qazançaya 200 ml su tökün. Qaynadın. Şəkər tozu əlavə edin. Alma dilimlərini bu suya salıb 2-3 dəqiqə qaynadın, suyunu süzün. Almalar yumşalmalıdır.
  3. Donu açılmış xəmiri 1-2 mm qalınlıqda yayın.
  4. 3 sm eni olan 25-30 sm uzunluqda şəridlər kəsin.
  5. Bir şəridin üzərinə 5 dilim almanı azacıq bir-birinin üstünə çıxmaqla düzün. Dilimlər 1/3 ölçüləri qədər xəmirin bir tərəfindən kənara çıxmalıdır. Şəridi səliqə ilə boru kimi bükün.
  6. “Qönçə”nin aşağı hissəsindəki xəmiri alta qatlayın. Gözəl qızılgül qönçəsi alınacaq. Bunları perqament döşənmiş siniyə düzün.
  7. 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
  8. Çıxarıb soyudun. Tam soyuyandan sonra üstünə balaca ələkdən şəkər pudrası ələyin.

Nuş Olsun!

Hakkında: Çətin görünsədə bişirilməsi asan olan bu şirniyyat həmdə göz oxşayandır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10