Alma cemli ədviyyatlı keks

Alma cemli ədviyyatlı keks

Ərzaqlar

  • 1 fincan dolu qəhvəyi şəkər,

     

  • 1 çay qaşığı darçın,

     

  • 1\2 çay qaşığı üyüdülmüş hind qozu,

     

  • 1/2 fincan doğranmış pekan qozu biskivit:

     

  • 2 fincan un,

     

  • 1 çay qaşığı qabartma tozu,

     

  • 1 çay qaşığı soda,

     

  •  1/2 çay qaşığı duz,

     

  • 1/2 fincan kərə yağı otaq temperaturunda,

     

  • 1 fincan ağ şəkər,

     

  • 3/4 fincan alma cemi,

     

  • 1 çay qaşığı vanil,

     

  • 1/2 fincan kəpək unu və ya buğda unu,

     

  • 1 fincan xama,

     

  • 2 ədəd yumurta.

Hazırlanması

  1. Əvvəlcədən qızdırılmış sobada 175 dərəcədə bişirilir.
  2. bəzək üçün öncədən qəhvəyi şəkər,darçın,hind qozu və pekan qozu bir yerde qarışdırılıb hazırlanır.
  3. un,qabartma tozu, soda və duz bir qaba ələnir. yağ və şəkər dərin qabda tam həll olub ağaranadək mikserlə çalınır; yumurta üzərinə əlavə olunur; yumurta yaxşı çalındıqdan sonra üzərinə yağ əlavə olunur.
  4. alma cemi,vanil kəpək unu və ya buğda unu üzərinə əlavə olunur.
  5. ələnmiş unun üzərinə xama əlavə olunub qarışdırıldıqdan sonra bütün qarışımlar bir yerdə yaxşıca çalınır.
  6. isidilmiş tavaya xəmirin yarısı tökülür, bəzək üçün hazırlanmış qarışıqdan üzərinə əlavə olunur, sora xəmirin qalan hissəsi əlavə olunub üzərinə də qalan qarışıq tökülür.
  7. əvvəlcədən qızdırılmış sobada 40 dəqiqə bişirilir.
  8. çöplə yoxlayırsan çöpün üstü təmizdirsə deməli içi bişib.

Nuş Olsun!

Alma cemli ədviyyatlı keks hamınızın bəyənəcəyi şirniyyatdır.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*