Albalılı tort

Albalılı tort

Ərzaqlar

  • 200 qr. Kərə yağı

     

  • 3/4 su stəkanı şəkər

     

  • 1 yumurta

     

  • 1 paket vanel

     

  • 1 paket  qabartma tozu

     

  • 340 qram un

     

  • 4 xörək qaşığı qarğıdalı nişastası

     

  • Vişnəli içlik:

     

  • 2 banka tumsuz öz şirəsində albalı

Hazırlanması

  1. Qeyd olunmuş ərzaqları qarışdırın.
  2. Hazır xəmirin 3/4 hissəsini soyuducuya, 1/4 hissəsini buz dolabına qoyun.
  3. Vişnəni şirədən ayırın.
  4. 1/2 stəkan şirəni 4 xörək qaşığı qarğıdalı nişastası ilə qarışdırın.
  5. Qalan şirəni hər hansı bir qabda odun üstündə qaynayana qədər qarışdırın, qaynayanda nişasta ilə qarışdırılmış şirəni əlavə edib bərk halını alana qədər qarışdırın.
  6. Sonra oddan götürüb bir az soyuduqdan sonra albalıları əlavə edin.
  7. Ölçüsü 26 sm olan  qab götürün.
  8. Soyuducuda olan xəmiri qaba yerləşdirin hazırladığınız albalılı içliyi üzərinə əlavə edin.
  9. Sonra buz dolabında olan xəmiri sürtgəcdən keçirib üzərinə əlavə edin.
  10. Sobanı 180C-dək qızdırın. 40-50 dəqiqə bişirin.
  11. Sobadan çıxartdıqdan sonra bir qədər soyumasını gözləyin və üzərinə şəkər kirşanı əlavə edin.

Nuş olsun!

Albalılı tort şirniyyatı hər fəsil üçün ləzzətli şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10