Albalılı – şokoladlı muss tortu

Albalılı – şokoladlı muss tortu

Ərzaqlar

  • 70 qram kərə yağı

     

  • 3 xörək q. 10-20%-li qaymaq

     

  • 240 qram şokoladlı peçenye

     

  • Albalılı muss:

     

  • 50 qram mannı yarması

     

  • 5 xörək q. qəhvəyi şəkər

     

  • 450 qram su

     

  • 200 qram dondurulmuş albalı

     

  • 10 qram  jelatin

     

  • Şokoladlı muss:

     

  • 500 qram 33-35%-li qaymaq

     

  • 100 qram südlü şokolad

     

  • 50 qram 70%-li tünd şokolad

     

  • 100 qram şəkər tozu

     

  • 50 qram şokoladlı liker

     

  • 17 qram jelatin

     

  • 100 qram su

     

  • Qlazur üçün:

     

  • 3 xörək q. 10-20%-li qaymaq

     

  • 5 xörək q. şəkər

     

  • 3 xörək q. kakao

     

  • 40 qram kərə yağı

Hazırlanması

  1. Bir qab götürün 300 qram su tökün və albalıları əlavə edib odda qaynayana qədər gözləyin.
  2. Alınmış məhlulu süzgəcdən keçirin.
  3. Alınmış albalı şirəsinə şəkər əlavə edin və yenə odda qaynayana qədər gözləyin.
  4. Sonra mannı yarmasını 100 qram su ilə qarışdıraraq şirəyə əlavə edin və aşağı odda 15 dəqiqə bişirin.
  5. Soyuduqdan sonra onu blendrlə 10 dəqiqə çalın.
  6. O şişib 2 qat çoxalacaq.
  7. Əvvəlcədən 50 qram suda isladılmış jelatini su vannasında əriyənə qədər odda saxlayın və albalılı mussun üzərinə əlavə edin.
  8. Qida kağızı ilə örtülmüş bir qaba tökün.
  9. Sonra buz dolabında 40 dəqiqə saxlayın.
  10. Şokoladlı peçenyeni stəkanın arxası ilə bir qabda yaxşı əzin.
  11. Üzərinə kərə yağı, qaymaq əlavə edin və bütöv bir kütlə alınana qədər qarışdırın.
  12. 20 sm diametrli yanları hündür olan bir qab götürüb peçenyeli şokoladlı kütləni qaba yaxşı hamarlayaraq yayın və soyuducuya qoyun.
  13. Şokoladlı muss hazırlamaq üçün qaymağ və  şəkəri mikserlə çalın.
  14. Üzərinə likor, su vannasında əridilmiş şokoladı əlavə edin.
  15. Əvvəlcədən isladılmış jelatini odda həll olana qədər qarışdırın.
  16. Soyuduqdan sonra şokoladlı mussa əlavə edin.
  17. Peçenyeli şokoladlı kütlənin ortasına albalılı mussu üstünə və kənarlarına şokoladlı mussu töküb hamarlayın.
  18. 30-40 dəqiqə soyuducuda saxlayın.
  19. Qlazuru hazırlamaq üçün kakao, şəkər və qaymağı odda qaynayana qədər qarışdırın.

Nuş olsun

Albalılı-şokoladlı muss tortu şirniyyatı həm meyvəli, həm də şokoladlı şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10