Albalılı peçenyeli pudinq
Ərzaqlar
- 20 ədəd çiyələk
- 15 ədəd peçenye
Puding üçün:
- 1litr süd
- 2 yemək qaşığı un
- 3 yemək qaşığı nişasta (qarğıdalı və ya buğda nişastası)
- 3 ədəd yumurta
- 3/4 su stəkanı şəkər tozu
- 1 paket vanil
Krem
- 100 qram yağ
- 0,5 banka qatılaşdırılmış süd
Hazırlanması
- Süd, nişasta, un və şəkər tozunu bir qazana əlavə edib, qarışdıraraq bişirməyə başlayın.
- Ayrı bir qabda yumurta sarılarını çırpın. Ocaqdakı qarışıqdan bir çömçə götürüb, yumurtaların üzərinə əlavə edin və qarışdırın.
- Hazırladığınız yumurtalı, südlü qarışığı ocaqdakı qazana az-az əlavə edərək qarışdırmağa davam edin.
- Qarışıq puding halını aldıqdan sonra ocaqdan götürüb, soyuması üçün kənara qoyun.
- Yağla qatılaşdırılmış südü mikserlə çalıb krem hazırlayın.
Kremi pudinqin üzərinə əlavə edərək mikserlə 3-4 dəqiqə çalın. - Peçenyeləri qırın, soyuyan pudingə əlavə edin və yaxşıca qarışdırın.
- Soyuyan qarışığı fincanlara bir qat puding, bir qat albalı və yenidən puding əlavə edərək hazırlayın.
- Üzərini çiyələklərlə bəzəyərək soyuducuda 2-3 saat saxladıqdan sonra servis edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh