Albalılı kəsmikli tort

Ərzaqlar

  • Tərkibi:
  • 50 qram kakao
  • 70 qram un
  • 4 yumurta
  • 100 qram şəkər
  • 60 qram kərə yağı
  • ½ paket qabartma tozu
  • Krem üçün:
  • 250 qram kəsmik
  • 80 qram qaynadılmış süd
  • 50 qram şəkər pudrası
  • 150 qram kərə yağı
  • Sirop üçün:
  • 100 qram albalı
  • 1 su stəkanı su
  • 2 xörək qaşığı şəkər

Hazırlanması

  1. Yumurta və şəkəri mikserlə çalın.
  2. Üzərinə kərə yağı əlavə edib çalmağa davam edin.
  3. Un, kakao və qabartma tozun qarışdırın və yumurtaya əlavə edin.
  4. Soba qabına perqament kağız qoyun və xəmiri ora əlavə edib hamarlayın.
  5. Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.
  6. Bişmiş biskviti soyuduqdan sonra 4 hissəyə bölün.
  7. Biskvitin ortadan şişən hissəsini kəsin və xırdalayıb kənara qoyun.
  8. Albalıları yuyun, tumdan təmizləyin və bir qazana qoyun. Üzərinə su və şəkər əlavə edib qazda 5 dəqiqə qaynayanadək bişirin. Sipor hazırdır.
  9. Kəsmik və qaynadılmış südü blendrlə çalın.
  10. Üzərinə kərə yağı, şəkər pudrası əlavə edib çalmağa davam edin.
  11. Tortu hazırlamaq üçün korjları siropla isladın və hər təəfin kremləyib üst-üstə yığın.
  12. Üzərinə xəmirin ovuntusun səpin.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10