Ağızda əriyən möçüzə tortu
Ərzaqlar
- Tərkibi:
- 200 qram vanilli suxarı
- 100 qram qoz
- 80 qram qara gavalı
- 80 qram qaysı qurusu
- 70 qram qara şokolad
- 70 qram kərə yağı
- Krem üçün:
- 350 qram kəsmik
- 250 qram xama
- 80 qram şəkər
- ½ paket vanil
- 1 çay qaşığı jelatin + 3 xörək qaşığı su
- Bəzək üçün:
- 40 qram şokolad
- 15 qram kərə yağı
- 2 xörək qaşığı süd
Hazırlanması
- Suxarını blendrlə ovuntu halıa salın. Üzərinə qara gavalı qaysı qurusu və qozu əlavə edib blendrlə xırdalayın.
- Şokoladı yağla aşağı temperaturda qazda əriyənədək qarışdırın.
- Ovuntulu xəmirə əlavə edib yaxşı qarışdırın.
- Kremi hazırlamaq üçün xama şəkər və vanili mikserlə çalın.
- Kəsmiyi üzərinə əlavə edin və mikserlə çalmağa davam edin.
- Jelatini su ilə qarışdırıb kənara qoyun ki həll olsun. Və kremə əlavə edib qarışdırın. Krem hazırdır.
- 18 sm ölçülü yumru qab götürün. Hər tərəfinə perqamen kağız qoyun.
- Xəmir ovuntusu töküb bir az qaşıqla üsdünü hamarlayın. Üzərinə krem töküb bu prosesi xəmir qurtaranadək davam
- Bəzək üçün lazım olan şokolad, yağ və südü qazda aşağı temperaturda əridin və tortun üsdünə tokün.
- Bir gecə soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh