ag turp ve yerkoku salati

ag turp ve yerkoku salati

Ağ Turp və Yerkökü Salatı

Ərzaqlar

  • 2 böyük yerkökü – qabığı təmizlənmiş və sürtkəcin iri gözündən keçirilmiş
  • 2 orta boylu ağ turp  – qabığı təmizlənmiş, sürtkəcin iri gözündən keçirilmiş
  • Doğranmış cəfəri
  • Doğranmış göy soğan (baş və yarpaq hissəsi ilə birgə)
  • Qara zeytun (üzərini bəzəmək üçün)

Üzərini üçün sous

  • 3-4 xörək qaşığı extra-virgin zeytun yağı (zövqə görə bir qədər artıq və ya az da olar)
  • Təzə sıxılmış 1 limonun şirəsi
  • Zövqə görə duz, döyülmüş qara istiot

Hazırlanması

  1. Birinci üsül:
    Sürtkəcdən keçirilimiş turpu dayaz boşqabın ortasında yerləşdirin. Yerkökünü də turpun ətrafına əlavə edin. Salatın üzərinə tökəcəyiniz sousun ərzaqları kiçik bir qabda qarışdırın. Hazırladığınız qarışığı salatın üzərinə çiləyin. Doğranmış cəfəri və göy soğanı də üzərinə səpin. Sonda qara zeytunla salatın kənarlarını bəzəyin və süfrəyə verin.
  2. İkinci üsul:
    Sürtkəcdən keçirilmiş tərəvəzləri və digər ərzaqların hamısını bir qabda qarışdırın. Qabın üzərini bağlayıb ən azı 15 dəqiqə soyuducuda saxlayın. Sərin halda yaxud otaq tempraturunda süfrəyə verin.

Hakkında:  Burada siz daikon və ya yapon turpundan istifadə edəbilərsiniz. Bu turp yerkökü kimi uzunsov olur, və dadı bildiyimiz yumru ağ turpdan fərqli olaraq heç acı olmur. O turp olmasa belə, bu salat adi yumru ağ turpdan da hazırlana bilər. Yerkökü və turpun miqdarını zövqünüzə görə müəyyən edə bilərsiniz – bunun üçün bir qayda yoxdur.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10