Ağ şokoladlı cheesecake

Ağ şokoladlı cheesecake

Ərzaqlar

  • 125 gr (1 + 1/4 su stəkanı) blenderda çəkilmiş peçenye) 
  • 25 gr (1/4 su stəkanı) toz fındıq (fındığı blenderda toz halına gətirə bilərsiniz) 
  • 45 gr (3 yemək qaşığı) ərimiş kərəyağ 
  • 750 gr krem pendir (labne pendiri istifadə edə bilərsiniz) (otaq temperaturunda) 
  • 150 gr (3/4 su stəkanı) toz şəkər 
  • 3 yumurta (otaq temperaturunda) 
  • 180 gr (3/4 su stəkanı) krem (içinə 2 yemək qaşığı limon suyu əlavə edilmiş) (otaq temperaturunda) 
  • 2 yemək qaşığı vanil 
  • 225 gr ağ şokolad (kiçik kiçik parçalanmış) (otaq temperaturunda) 
  • Üzəri üçün;
  •  Çiyələk

Hazırlanması

  1. Sobanızı 150 dərəcədə isidin.
  2. Keks qabınıza yağlı kağız kəsib yerləşdirin.
  3. Blenderda peçenye və fındığı toz halına gələnə qədər çəkin.
  4. Kərəyağını əridin və toz peçenyeni fındıq qarışımına əlavə edin.
  5. Qarışdırın. Qaba tökün və yayın. 
  6. Istiyə dözümlü bir qabda kiçik parçalanmış ağ şokoladı əridin.
  7. əritdikdən sonra ilıq olması üçün 5 dəqiqə saxlayın.
  8. Qabda krem pendir və şəkəri 2 dəqiqə çalın.
  9. Çalmağa davam edərkən yumurtaları yək tək əlavə edin.
  10. Vanili, limon suyu əlavə edilmiş kremi də qatın.
  11. Sonda ağ şokoladı əlavə edin və sadəcə qarışana qədər çalın.
  12. Qaba tökün və sobaya qoyun. 
  13. Sobada 60 dəqiqə bişəcək.
  14. Sobanın qapağını açırıq; əlimizlə qabı yüngül silkələyirik.
  15. Çox silkələnirsə hələ orta hissəsi bişməyib deməkdir.
  16. Pişməyibsə biraz daha qalmalıdır.
  17. Sobadan çıxarandan sonra soyumağa qoyun.
  18. Üzərini çiyələk dilimləriylə bəzəyin.

Nuş olsun!

Ağ şokoladlı cheesecake çətin hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10