Ağ Şərab Sosunda Toyuq

Ağ Şərab Sosunda Toyuq

Ağ Şərab Sosunda Toyuq

Ərzaqlar

  • 4 ədəd 25 qramlıq dana əti
  • 4 ədəd 150 qramlıq sümüksüz və dərisi çıxarılmış toyuq sinəsi
  • 175 qr soğanSous üçün:
  • 75 qr soğan
  • 275 ml quru ağ şərab
  • 1 iyli otlar buketi
  • 1 toyuq suyu bulyon
  • 275 ml qaynar su
  • 15 qr kərə yağı
  • 20 qr unQarnir üçün:
  • 125 qr brokoli
  • 175 qr kök (bir neçə parçaya bölünmüş)

Hazırlanması

  1. İlk olaraq toyuq sinələrini rulet şəkili verərək ya da kəsib üst üstə qoyaraq kubik bir şəkildə gətirin .
  2. Dana ətini toyuqlara büküb bohçalar edin.
  3. Diləsəniz bir dişqurdalayan ya da mətbəx ipliyi bərkidin.
  4. Uyğun bir qaba alıb , 200 dərəcəli sobaya soyduğunuz arpacık soğanlarıyla birlikdə atın.
  5. 35-40 dəqiqə toyuqlar bişənə qədər sobadan çıxarmayın.
  6. Bu vaxt sousu hazırlayın.
  7. Soğanı doğrayıp, iyli otlar buketi və şərabla birlikdə qaynadın.
  8. 10 dəqiqə sonra buketi çıxarın.
  9. Toyuq bulyonunu suya atın.
  10. Kərəyağını əridib unla qarışdırın.
  11. Yavaş yavaş toyuq suyunu və sonra da ağ şərabı əlavə edin.
  12. Qaynadıqdan sonra sous qatlaşana kimi ocaqdan götürməyin.
  13. Sousu toyuğun üzərinə töküb , 10 dəqiqə qədər sobada bişirin.
  14. Bu vaxt qarnir kimi tərəvəzləri buxarda qaynadın və xidmətə hazırdır.

Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş Olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10