Ağ Lobya Salatı (Fasulye Piyazı)

Ağ Lobya Salatı (Fasulye Piyazı)

Ərzaqlar

  • Təxminən 4 pay üçün
  • 1  1/2  stəkan quru ağ lobya  – gecədən suda isladılmış
  • 1 ədəd orta boy soğan – yarıya bölünüb, uzunsov doğranmış
  • 1 stəkan xırda-xırda doğranmış cəfəri
  • 1 ədəd orta boy yaşıl Bolqar bibəri – xırda-xırda doğranmış
  • 2 ədəd orta boy pomidor, xırda-xırda doğranmış
  • 1/4 stəkan zeytun yağı
  • zövqə görə sıxılmış limon suyu və ya sirkə
  • zövqə görə duz
  • zövqə görə istiot
  • 1 ədəd bərk bişmiş yumurta – 4 dilimə  bölünmüş
  • bir neçə ədəd qara zeytun
  • sumax və yaxud şirin qırmızı  bibər tozu

Qeyd: Tərəvəz, göyərti, zeytun yağı, limon və ya sirkənin miqdarını zövqə görə azaltıb çoxalda bilərsiniz.

Hazırlanması

  1. Lobyanı süzüb suda yumuşalanadək bişirin. Süzüb iri bir qaba qoyun.
  2. Soğanı təxminən 1 x. qaşığı duzla ovun ki, acı suyu çıxsın və yumuşalsın. Sonra isə soğanı yuyun və əlinizlə suyunu sıxıb atın. Soğanı lobyaya əlavə edin.
  3.  Yumurta, zeytun, sumax və ya bibər tozundan başqa bünün ərzaqları lobyaya əlavə edib qarışdırın.
  4. Salatı servis qabına yerləşdirib, yumurta dilimləri və zeytunla bəzəyin. Yumurtanın üstünə azca ya sumax, ya da bibər tozu səpin.

Hakkında:  Fasulye Piyazı Türk mətbəxinin klassik salatlarından biridir. Adətən kababların yanına qarnitur kimi verilir, amma ayrı ayrılıqda da yeyildiyində çox ləzzəli olur. Türkiyənin müxtəlif bölgələrində fasulye piyazı fərqli reseptlərlə hazırlanır. Burada gördüyünüz resept ən çox tanınan reseplərdən biridir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10