
Acarsayağı Xaçapuri
Acarsayağı Xaçapuri
Ərzaqlar:
- şəkər – 1 ç. q.
- duz – 1 ç. q.
- un – 1 kq
- bitki yağı – 1 x. q.
- süd – 1 stakan
- qabartma tozu – 1 x.q.
İçlik üçün:
- Təzə pendir (Acar pendiri, Suluquni və s. Bir sözlə ağ pendir) – 1 kq
- yumurta – 8-10 əd.
- kərə yağı – 100 q
Hazırlanması:
- Un ələnir, kasaya südlə qarışdırılmış 0,5 l ilıq su tökülür, qabartma tozu, şəkər, duz və bitki yağı əlavə olunur. Xəmir yoğurulur, xəmir bərk olmamalıdır.
- Xəmirin üstü örtülür və 1,5 – 2 saatlıq isti yerə qoyulur. Sonra yene yoğrulur ve 1 – 1,5 saatlıq qoyulur qalsın.
- İçlik üçün pendir sürtgəcdən keçirilir, övkələnir, 0,5 stakan qaynadılmış soyuq su əlavə olunur və qatılaşana kimi yaxşıca qarışdırılır.
- Xəmir, təxminən 200 qramlıq kündələrə ayrılır. Sonra hər kündə çox da böyük olmayan dairə şəkilində yayılır. Pendir səpilir, qıraqları 2-3 sm açıq qalır.
- Dairənin qıraqları mərkəzə doğru bükülür, ucları birləşdirilir – yani qayığı xatırladan derinlik alınır: şəkilə diqqət.
- 15 dəqiqəlik qaynar sobaya ( 250C temperaturda) qoyuruq. Xaçapurilərin qıraqları qızaran kimi, sobadan götürülür və hərəsinin üstünə 1 yumurta vurulur. Sonra yenə 1-2 dəq. ərzində sobada bişirilir.
Nuş Olsun!
Hakkında: Çox sevilən və fərqli dada malik olan acarsayağı xaçapuri asan bişirilən yeməklərə aiddir.
ən son şərh