Ərzaqlar
- Tərkibi:
- 400 qram qaymaq
- 50 qram şəkər
- 250 qram ovulan peçenye
- Krem üçün:
- 2 yumurta
- 3 limon qabığı
- 150 qram limon şirəsi
- 220 qram şəkər
- 1 çay qaşığı nişasta
- 120 qram kərə yağı
Hazırlanması
- Biq qazana yumurta, nişasta, sürtgəcdən keçirilmiş limon qabığı, şəkər və limon şirəsin əlavə edin.
- Qazda aşağı temperaturda qaynayanadək qarışdıra-qarışdıra bişirin.
- Kənara qoyun və üzərinə kərə yağın əlavə edin. Hazır kremi soyuducuya qoyun.
- Qaymağı şəkərlə mikserlə çalın.
- Limonlu kremdən 2-3 xörək qaşığı bəzək üçün kənara qoyun. Qalan kremi qaymağa əlavə edin.
- Tortu hazırlamaq üçün dairə formasında 20 sm ölçülü yanları açılan hündür qab götürün.
- Qabın dibinə 2 qaşıq krem çəkin və bir sıra peçenye düzün.
- Üzərinə kremdən çəkin və bu prosesi 2 dəfə təkrarlayın.
- Üst qatdakı kremi yaxşı hamarlayın və soyuducuda 4 saat saxlayın.
- Sonra kənara qoyduğunuz kremlə yanların yaxşı kremləyin.
Nuş olsun.
Nuş Olsun!
ən son şərh