Rahat Tort

Rahat Tort

Ərzaqlar

  • 6 yumurta ağı

     

  • 385 qram şəkər

     

  • 300 qram araxis

     

  • 3 xörək q. nişasta

     

  • 50 qram su

     

  • 2 xörək q. qatılaşdırılmış süd

     

  • 150 qram kərə yağı

     

  • 1 paket vanil

     

  • 2-3 xörək q. alma cemi

     

  • 1 çay q. kakao

Hazırlanması

  1. Araxisi tavada odda qovurun və blendrlə xırdalayın.
  2. Tort 3 yumurta ağından hazırlanmış araxisli korjlardan ibarət olacaq.
  3. 1-ci korju hazırlamaq üçün 2 yumurta ağını 100 qram şəkərlə şişənədən mikserlə çalın.
  4. 4 xörək q. araxisə 1 xörək q. nisasta qatını və yumurt ağına əlavə edin.
  5. 21 sm ölçülü soba qabında bizeni tökün və əvvəlcədən 180 dərəcə isidilmiş sobada 120 dəqiqə bişirin.
  6. Qalan 2 korju da bu qaydada bişirin.
  7. Kremi hazırlamaq üçün 50 qram suyu odda qızdırın üzərinə 85 qram şəkər əlavə edin. Şəkər əriyən kimi üzərinə bişmiş südü tökün və 10 dəqiqə alçaq odda qaynadın.
  8. Kərə yağını mikserlə çalın və yavaş yavaş siropu əlavə edib vanil qatın.
  9. Kremin 2/3 hissəsini kənara qoyun qalan hissəyə kakao qatın.
  10. Tortu hazırlamaq üçün 1-ci korjun üzərinə ağ krem çəkin.
  11. 2-ci korjun üzərinə alma cemi çəkin.
  12. 3-cü korjun üzərinə kakaolu krem çəkin və tortun kənarlarını da kremləyin və araxislə bəzəyin.
  13. Üzərini isə ağ kremlə zolaq formada bəzəyə bilərsiniz.

 

Nuş olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10