Qara Gavalılı Karamelli Sırnik

Qara Gavalılı Karamelli Sırnik

Ərzaqlar

  • 1,3 su stəkanı un

     

  • 120 qram kərə yağı

     

  • 2 xörək q. xama

     

  • 2 xörək q. kakao

     

  • 2 xörək q. şəkər

     

  • 1 paket qabartma tozu

     

  • 400 qram kəsmik

     

  • 180 qram bişmiş süd

     

  • 2 xörək q. nişasta

     

  • 2 yumurta

     

  • 150 qram qara gavalı

Hazırlanması

  1. Qara gavalını 15 dəqiqə suda isladın.
  2. Yumşalmış yağı, kakaonu, şəkər və xamanı bir qabda qarışdırın.
  3. Una qabartma tozu və vanel qatın və yağa əlavə edib xəmir yoğurun.
  4. Xəımirin 1/3 hissəsini soyuducuya qoyun.
  5. Qalan xəmiri 18-20 sm diametrli yumru formada yanı hündür soba qabına yanlarını da tutumaq şərti ilə yerləşdirin.
  6. İçlik üçün kəsmik, bişmiş süd, nişasta, yumurtanı mikserlə çalın.
  7. Formaya xəmirin üstünə qara gavalıları yığın.
  8. Üstünə kremi tökün.
  9. Qalan xəmiri sürtgəcin iri gözündən keçirdib için üstünə səpin.
  10. Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 35 dəqiqə bişirin.
  11. Soyuduqdan sonra üstünü istəyə uyğun olaraq bəzəyə bilərsiniz.

Nuş olsun!

Qara gavalılı karamelli sırnik qonaqlarınızı təəccübləndirəcək şirniyyatlardan biridir.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10