Posted on 30 İyun 2016 by admin in Biskvet Peçenye Reseptləri
Ərzaqlar
- 280 gr (2 su stəkanı) un
- 1 yemək qaşığı qabartma tozu
- 1 çay qaşığı qarğıdalı nişastası
- 1 çay qaşığı duz
- Yarım çay qaşığı karbonat
- Yarım çay qaşığı toz darçın
- 115 gr (1/2 su stəkanı) kərəyağ (otaq temperaturunda yumşalmış)
- 100 gr (1/2 su stəkanı) qəhvəyi şəkər
- 1/2 su stəkanı yerfıstığı əzməsi
- 1 ədəd yumurta
- 1/2 su stəkanı banan püresi
- 1 yemək qaşığı vanil
- sobadan çıxaranda üzərinə səpmək üçün az miqdarda qəhvəyi şəkər
Hazırlanması
- İki ədəd soba qabına yağlı kağız sərin və kənarda saxlayın.
- Sobanızı 180 dərəcədə isidin.
- Bir qapda un, qabartma tozu, karbonat, darçın, duz və nişastanı tökün.
- Başqa bir qapda banan püresi, fıstıq əzməsi, vanil və yumurtanı qarışdırın.
- Böyük qabda kərəyağını qəhvəyi şəkərlə birliktə 2 dəqiqə qarışdırın.
- İçinə bananlı qarışımı əlavə edin və qarışdırın.
- Ən son unlu qarışımı əlavə edin və xəmir halına gələnə qədər qarışdırın.
- Bu xəmirdən 1 yemək qaşığı götürün.
- Boşqaba aralarında boşluq qalacak şəkildə düzün.
- çəngəllə üzərinə sıxın. Sobada 8-10 dəqiqə kənarları qızarana qədər bişirin.
- Çıxardıqdan sonra üzərlərinə qəhvəyi şəkər səpin və soyuyanda servis edin.
ən son şərh