
İkili Pizza
Böyük pizza
Ərzaqlar:
Xəmir üçün:
- Böyük pizza kimi hazırlanır
- 1 badımcan
- 1 qırmızı dolmalıq bibər
- 3 diş sarımsaq
- 1 baş soğan
- 250 qr çəkilmiş ət
- duz , istiot , qırmızı toz bibər
- 6 qəhvə fincanı yağsız pendir rəndəsi
- 2 xörək qaşığı duru yağHavai üsulu:
- 1/2 ananas
- 3 kərəviz
- 1 xörək qaşığı duru yağ
- duz , istiot
- 150 qr qaynadılmış toyuq sinəsi
- 7 qəhvə fincanı yağsız pendir rəndəsi
- 400 qr kub doğranmış pomidor
Hazırlanması:
- Çəkilmiş ət üçün badımcanı kiçik kublar halında doğrayın.
- Duzlu suda saxlayın. Bibərin içini təmizləyib incə dilimlər halında doğrayın.
- Sarmısağı soyub doğrayın. Baş soğanını halqalar halında doğrayın.
- Badımcanın suyunu süzün. 1 xörək qaşığı yağa soğanı və sarmısağı əlavə edib qovurun.
- Çəkilmiş əti əlavə edib yaxşıca qovurun. Duz, qara bibər və qırmızı toz bibər əlavə edin.
- Qalan yağda badımcanı qızardın.
- Havai üsulu üçün ananası soyub iki həssəyə bölün. Kərəvizi doğrayın yağda qovurun.
- Qaynadılmış toyuq sinəsini iki hissəyə bölün. Kub doğranmış pomidoru xəmirin üzərinə yayın.
- Çəkilmiş ətin qarışığını xəmirin yarısına yayın. Badımcan və bibəri əlavə edib rəndələnmiş pendiri səpin.
- Xəmirin ikinci yarısına holland pendirinin yarısını səpib toyuq sinəsini, kərəvizi və ananası əlavə edin.
- Qalan yağsız pendiridə üzərinə səpin. Sobanı 225 dərəcəyə nizamlayıb istilədin.
- Pizzanı sobanın alt bölməsində 25 dəqiqə bişirin.
Nuş Olsun!
Hakkında: Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır.
One Comment