Əvəlik Dolması

Əvəlik Dolması

Əvəlik Dolması

Ərzaqlar

  • Qoyun əti – 108q
  • Düyü – 30q
  • Baş soğan – 20q
  • Göyərti (keşniş, şüyüd və nanə) – 15q
  • Əvəlik – 40q
  • Qatıq – 20q
  • Əridilmiş yağ – 10q
  • Duz-zövqə görə
  • İstiot-zövqə görə
  • Darçın-zövqə görə.

Hazırlanması

  1. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir.
  2. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır.
  3. Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir.
  4. Qiymə yaxşı qarışdırılır.
  5. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir.
  6. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.

Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10