Ətli Qabaq Dolması

Ətli Qabaq Dolması

Ətli Qabaq Dolması

Ərzaqlar:

  • 1,5 kq dolmalıq qabaq
  •  2 xörək qaşığı dolmalıq düyü
  •  300 qram quzu əti
  •  Qazanın dibi üçün quzu ətinin sümükləri
  •  2 xörək qaşığı bibər və ya pomidor rıçalı
  •  2 doğranmış pomidor
  •  2 incə doğranmış baş soğan
  •  2-4 diş doğranmış sarımsaq
  •  2 xörək qaşığı marqarin
  •  1/2 dəstə doğranmış cəfəri
  •  1/2 dəstə doğranmış şüyüd
  •  1 xörək qaşığı quru nanə
  •  Duz
  •  Qara bibər

 

Directions

  1. Qabaqların üstünü qazıyın, təmizləyəndən sonra yuyun, bıçaqla içlərini ovun.
  2. İç üçün quzu əti qıymasını, yuyulmuş düyünü, qabığı soyulmuş pomidorları, soğanı, sarımsağı, şüyüdü, cəfərini, ədviyyatı, rıçalın və marqarinin yarısını, duzu qoyub çox sıx olmayacaq şəkildə qabaqlara doldurun.
  3. Daha sonra qabaqları qazanın dibinə düzülmüş sümüklərin üstünə düzün.
  4. Qabaqların üstünü örtəcək qədər rıçallı su tökün, yerdə qalan marqarini də əlavə edəndən sonra qazanın ağzını bağlayın, orta odun üzərində bişirin.
  5. Qabaqlar yumşalıb içindəki düyü bişəndə odu söndürün, dolmaları buluda düzün, üstünə şüyüd səpin.

Nuş olsun!

Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10