Ətli İspanaq

Ətli İspanaq

Ətli İspanaq

Ərzaqlar

  • 4 qalın dəst ispanaq (qoca olmasın)
  • 5 yemək qaşığı kərə yağı
  • 200-250 qram çəkilmiş mal əti
  • 1 iri baş soğan
  • 2 xörək qaşığı tomat pastası
  • Duz
  • İstiot
  • 3-4 xörək qaşığı yumru düyü

Hazırlanması

  1. İspanağı yaxşıca yuyun. Sonra iri-iri doğrayıb, bir ləyənə yığın.
  2. Təmizliyindən əmin deyilsinizsə, üstünə su doldurub, bir az duz səpin və 5 dəqiqəlik kənara qoyun.
  3. Bu müddət ərzində ispanağın üstündə qalmış ola bilən torpaq aşağı süzülməlidir.
  4. İspanağı süzüb yenidən yuyun. Kənara qoyun.
  5. Orta ölçülü qazanda yağı əridin. Əti əlavə edib ətin suyu çəkilib yağa düşənə qədər qovurun.
  6. Soğanı ətə əlavə edib bir neçə dəqiqə bişirərək saraldın.
  7. Tomat pastası, duz və istiotu əlavə edib qarışdırın.
  8. İspanağı əlavə edib bir qədər yumuşalanadək bişirin.
  9. Sonra isə düyünü əlavə edib 2-3 dəqiqə qovurun. Üstünə ispanağı tam örtməyənə qədər su töküb bişirin.
  10. Hazır yeməyin suyu bir qədər çəkilməlidir (nə çox sulu, nə çox duru yemək olmalıdır), düyü isə bişməlidir.

Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10