Ətli-Bağlama

Ətli-Bağlama

Ətli Bağlama

Ərzaqlar

  • 1 paket qat-qat xəmir
  • 300 q toyuq filesi
  • 100 q pendir
  • 8 ədəd xırda pomidor
  • 2 x.q soya sousu
  • 1 ədəd yumurta
  • Bir neçə ədəd qara zeytun
  • 2-3 x.q duru yağ
  • Duz
  • İstiot
  • Göyərti

Hazırlanması

Şərhlərinizi gözləyiri

  1. Toyuq filesini xırda doğrayın, üstünə soya sousu əlavə edin.
  2. Ədviyyat, duz vurub yaxşıca qarışdırın.
  3. Sərin yerdə bir qədər saxlayın ki, dadını götürsün.
  4. Sonra duru yağda qızardıb soyudun.
  5. Pendir, zeytun və göyərtini xırda-xırda doğrayıb toyuq ətinə əlavə edin və qarışdırın.
  6. Qat-qat xəmiri yayıb 16 hissəyə bölün.
  7. Hissələrdən 8-nin üstünə içlik qoyun.  Yumurtanın ağını sarısından ayırın.
  8. Ağını fırça ilə içlik qoyduğunuz xəmirin kənarlarına çəkin.
  9. Qalan 8 ədəd xəmirin ortasını şəkildə gördüyünüz kimi kəsin.
  10. Onu da içliyin üstünə şəkildəki kimi qoyun.
  11. Hazır bağlamanın kənarlarını çəngəllə basın ki, bağlansın.
  12. Yumurtanın sarısını çəkin və yuyulmuş təmiz pomidoru hər bir bağlamanın orta yarığının üstünə qoyun.
  13. Əvvəlcədən isidilmiş sobada 180-190 dərəcədə 20 dəqiqə bişirin

Nuş Olsun!

Hakkında – ətli bağlama börəyi hazırlamaq asan olmasada çox ləziz dadı var.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10