Ət Qovurması

Ət Qovurması

Ət Qovurması

Ərzaqlar

  • Dana əti – 3 kq.
  • Quyruq yağı – 250 qr.
  • Duru yağ – 1 stəkan
  • Duz

    Bəzədilməsi üçün:

  • Xiyar turşusu
  • Acı bibər turşusu
  • Kəklikotu

Hazırlanması

  1. Dana əti quş başından bir az daha böyük formada doğranır.
  2. Ət yağla birlikdə tavada yumşalana kimi bişirilir (öz suyunda bişməsi məsləhətdir).
  3. Quyruq yağı ayrı bir tavada əridilir.
  4. Qovurmanın bişməsinə bir neçə dəqiqə qalmış duz və ərimiş quyruq yağı əlavə olunur.
  5. Bişdikdən üzərinə kəklikotu gəzdirilir.
  6. Xiyar və acı bibər turşusu ilə bəzədilir. Qovurmanız hazırdır!

Hakkında:  Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10