Ərikli xamalı tort

Ərikli xamalı tort

Ərzaqlar

  • 300 qram konservləşdirilmiş və ya təzə qaysı 
  • 200 qram 25%-li xama 
  • 100 qram qəhvəyi şəkər 
  • 2 yumurta 
  • 100 qram şəkər 
  • 300 qram un 
  • 1 yumurta sarısı 
  • 120 qram marqarin 
  • 1 çimdik duz

Hazırlanması

  1. Xəmiri hazırlamaq üçün 250 qram unu şəkər, marqarin və duzu qarışdırın.
  2. Xəmir ovulan formada alınmalıdır.
  3. Sonra yumurta sarısını əlavə edin və qarışdırın və 3-4 xörək q. su qatın.
  4. Xəmirin üzərinə qida kağızı örtüb soyuducuya 30-35 dəqiqə bərkiməyə qoyun. 
  5. Xamalı kremi hazırlayın.
  6. Bir qabda yumurtanı mikserlə yaxşı çalın, xama, qəhvəyi şəkər və 1 xörək q. un əlavə edin. Krem hazırdır. 
  7. Əgər əriklər konservləşdirilmişdirsə, onların süzgəcdən suyunu süzün.
  8. Əgər təzə ərikdirlərsə onda qabıq və tumunu təmizləyib 4 hissəyə bölün.
  9. Soba qabına yağlı kağız qoyun.
  10. Xəmiri unlayaraq oxlovla qaba elə yayın ki, qabın divarlarını da tutsun.
  11. Üzərinə ərikləri düzüb kremi əlavə edin.
  12. Əvvəlcədən 190 dərəcə isidilmiş sobada 30-35 dəqiqə bişirin.

Nuş olsun!

Ərikli xamalı tort ərikli şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10