Ərikli keks

Ərikli keks

Ərzaqlar

  • 220 qram Un
  • 1 ədəd yumurtanın Sarısı
  • 100 qram Şəkər
  • 1 ədəd Limon
  • 75 qram Marqarin ya da kərə Yağı
  • 250 qram Doğranmış ərik

     

  • Marmalad
  • Yarım Çay stəkanı Süd
  • Az Miqdarda duz

Hazırlanması

  1. Bir qabın içərisinə unu ələyin və ortasını açın.
  2. Xəmirin içərisinə şəkər, yumurta sarısı, yarım limonun rəndələnmiş qabığı, yağ, süd və duzu əlavə edib yoğurun.
  3. Xəmir yumşaq olana qədər yoğurun.
  4. Xəmirin bir hissəsini götürüb soyuducuya qoyun və donmasını gözləyin.
  5. qalan xəmiri isə soyuducuya qoyun. Xəmirin bir saat soyuducuda qalması vacibdir.

     

  6. Marmaladı ya da doğradığınız ərikləri bir qazanın içərisinə qoyun.
  7. Üzərinə bir miqdar su əlavə edərək qarışdırın və bişirməyə başlayın.
  8. Qazı söndürün və soyumağa qoyun.
  9. Soyuducuya qoyduğunuz xəmiri götürün və oxlov ilə açın, qəlibə bu xəmiri yayın.
  10. Hazırlayıb soyutduğumuz marmalatı xəmirin üzərinə boşaldın.
  11. Ayırdığınız digər xəmiri götürüb marmalatın üzərinə rəndələyin.

     

  12. Sobanı  170 dərəcəyə qoyub isinməsini gözləyin.
  13. Hazırladığınız ərikli turtanı isinən sobaya yerləşdirin.
  14. Üzəri qızarana qədər bişirməyə davam edin.
  15. Bişdikdən sonra sobadan çıxarın və soyumasını gözləyin.
  16. Ayırdığınız xəmiri istəsəniz turtanın üzərini bəzəmək üçün də istifadə edə bilərsiniz.
  17. Ərikli turtanızın bəzənməsi də bitdikdən sonra servis edə bilərsiniz.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10