
Ətli Qabaq Dolması
Ətli Qabaq Dolması
Ərzaqlar:
- 1,5 kq dolmalıq qabaq
- 2 xörək qaşığı dolmalıq düyü
- 300 qram quzu əti
- Qazanın dibi üçün quzu ətinin sümükləri
- 2 xörək qaşığı bibər və ya pomidor rıçalı
- 2 doğranmış pomidor
- 2 incə doğranmış baş soğan
- 2-4 diş doğranmış sarımsaq
- 2 xörək qaşığı marqarin
- 1/2 dəstə doğranmış cəfəri
- 1/2 dəstə doğranmış şüyüd
- 1 xörək qaşığı quru nanə
- Duz
- Qara bibər
Directions
- Qabaqların üstünü qazıyın, təmizləyəndən sonra yuyun, bıçaqla içlərini ovun.
- İç üçün quzu əti qıymasını, yuyulmuş düyünü, qabığı soyulmuş pomidorları, soğanı, sarımsağı, şüyüdü, cəfərini, ədviyyatı, rıçalın və marqarinin yarısını, duzu qoyub çox sıx olmayacaq şəkildə qabaqlara doldurun.
- Daha sonra qabaqları qazanın dibinə düzülmüş sümüklərin üstünə düzün.
- Qabaqların üstünü örtəcək qədər rıçallı su tökün, yerdə qalan marqarini də əlavə edəndən sonra qazanın ağzını bağlayın, orta odun üzərində bişirin.
- Qabaqlar yumşalıb içindəki düyü bişəndə odu söndürün, dolmaları buluda düzün, üstünə şüyüd səpin.
Nuş olsun!
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.
ən son şərh