
Ətli-Bağlama
Ətli Bağlama
Posted on 25 İyul 2014 by admin in Börək və Poğaçalar Reseptləri
Ərzaqlar
- 1 paket qat-qat xəmir
- 300 q toyuq filesi
- 100 q pendir
- 8 ədəd xırda pomidor
- 2 x.q soya sousu
- 1 ədəd yumurta
- Bir neçə ədəd qara zeytun
- 2-3 x.q duru yağ
- Duz
- İstiot
- Göyərti
Hazırlanması
Şərhlərinizi gözləyiri
- Toyuq filesini xırda doğrayın, üstünə soya sousu əlavə edin.
- Ədviyyat, duz vurub yaxşıca qarışdırın.
- Sərin yerdə bir qədər saxlayın ki, dadını götürsün.
- Sonra duru yağda qızardıb soyudun.
- Pendir, zeytun və göyərtini xırda-xırda doğrayıb toyuq ətinə əlavə edin və qarışdırın.
- Qat-qat xəmiri yayıb 16 hissəyə bölün.
- Hissələrdən 8-nin üstünə içlik qoyun. Yumurtanın ağını sarısından ayırın.
- Ağını fırça ilə içlik qoyduğunuz xəmirin kənarlarına çəkin.
- Qalan 8 ədəd xəmirin ortasını şəkildə gördüyünüz kimi kəsin.
- Onu da içliyin üstünə şəkildəki kimi qoyun.
- Hazır bağlamanın kənarlarını çəngəllə basın ki, bağlansın.
- Yumurtanın sarısını çəkin və yuyulmuş təmiz pomidoru hər bir bağlamanın orta yarığının üstünə qoyun.
- Əvvəlcədən isidilmiş sobada 180-190 dərəcədə 20 dəqiqə bişirin
Nuş Olsun!
Hakkında – ətli bağlama börəyi hazırlamaq asan olmasada çox ləziz dadı var.
ən son şərh