
Ərikli ştroyzel
Ərzaqlar
- 200 qram kəsmik
- 4 xörək q. süd
- 1 yumurta
- 4 xörək q. duru yağ
- 2 xörək q. vanil
- bir çimdik duz
- 225 qram şəkər tozu
- 600 qram un
- 125 qram kərə yağı
- Yarım çay q. darçın
- 1 kq konservləşdirilmiş ərik
Hazırlanması
- Kəsmik, süd, duru yağ, yumurta və 100 qram şəkər tozunu yaxşı qarışdırın.
- Hissə hissə 400 qram un töküb xəmiri hazırlayın.
- Soba qabını yağlayın və xəmiri ora yayın.
- Iç hazırlamaq üçün 200 qram unu, şəkər tozu və kərə yağı ilə qarışdırın.
- Vanil və darçın əlavə edin.
- Xəmirin üstünə konservləşdirilmiş əriyin yarısını tökün və iç səpin.
- Bu prosesi bir də təkrar edin.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30-35 dəqiqə bişirin.
Nuş olsun!
Ərikli ştroyzel şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
ən son şərh