
Ədviyyatlı kök sorbasi
Ədviyyatlı Kök Şorbası
Ərzaqlar
- Yarım kilo kök
- 1 ədəd orta boy soğan
- 4 yemək qaşığı zeytun yağı
- 1 litr toyuq suyu
- Yarım limonun suyu
- 1 çay qaşığı qara bibər
- 2 yemək qaşığı təzə doğranmış keşniş
- Damaq dadınıza görə duz
Hazırlanması
- Soğanın qabıqlarını soyub, küp şəklində doğrayın. Qazana zeytunyağını əlavə edib, qızdırın və üzərinə soğanları əlavə edin.
- Orta dərəcəli odda, soğanların rəngi dəyişənə qədər qovurun. Köklərin qabıqlarını soyub, halqa şəklində doğrayın.
- Doğranmış kökləri qazana əlavə edib, qovurun. Toyuq suyu, limon suyu, qara bibər, keşniş və duzu qazana əlavə edin.
- Orta dərəcəli odda qarışımı, köklər yumuşayana qədər bişirin. Şorbanı ocaqdan götürüb, blenderlə ərzaqlar xırda-xırda olana qədər əzin.
- Kasalara pay edib, cəfəri ilə xidmət edin.
Nuş olsun!
Hakkında: Ədviyyatlı kök şorbası fərqli dada malikdir. Monoton menudan çıxmaq üçün istifadə edəbilərsiniz.
ən son şərh